“Lotu Quli”nin adamının şərəfinə keçirilən “sxodka”ya basqın

“Lotu Quli”nin adamının şərəfinə keçirilən “sxodka”ya basqın İyunun 2-də vəfat edən azərbaycanlı kriminal avtoritet Güləhməd Sultanovun xatirəsini yad etmək üçün Rusiyanın Sverdlovsk vilayətində “sxodka” keçirilib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, kriminal avtoritetlər “Komfort” kafesində bir araya gəliblər.

Lakin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi OMON-la birgə “sxodka”ya basqın edib. Nəticədə 30-a yaxın şəxs saxlanılıb. Onların kimliyi barədə hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, “Vaqif Kamışlovski” ləqəbi ilə tanınan Güləhməd Sultanov “Lotu Quli”nin Uraldakı nümayəndəsi idi. 67 yaşlı kriminal avtoritet uzun müddət xəstəlikdən əziyyət çəkib və buna görə də işlərdən uzaqlaşmışdı.

Oxşar xəbərlər