Ramil Usubov polkovnik-leytenantla bağlı əmr verdi

Ramil Usubov polkovnik-leytenantla bağlı əmr verdi Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Balakən Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini polkovnik-leytenant Qədim Həsənov vəzifəsindən azad edilib.

O, digər əmrlə Şəmkir RPŞ-nin Zəyəm Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Oxşar xəbərlər