Qax möhtəşəm quruculuğu və inkişafı ilə dünya səviyyəli şəhərə çevrildiyini isbat edə bilib - ÖZƏL

Qax möhtəşəm quruculuğu və inkişafı ilə dünya səviyyəli şəhərə çevrildiyini isbat edə bilib - ÖZƏL 2019-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat yığıncağı keçirilmişdir

Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, iş adamları, sahibkarlar, ziyalılar və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
RİH başçısı Musa Şəkiliyev ilin birinci yarısı ərzində rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Hesabatın yekununda ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı ölkə rəhbərinin proqram xarakterli nitqindən irəli gələn məsələlərin rayonda icrası istiqamətində işlərin ilin sonunadək uğurla davam edəcəyini bildirmişdir.

Qax möhtəşəm quruculuğu və inkişafı ilə dünya səviyyəli şəhərə çevrildiyini isbat edə bilib - ÖZƏL


Tarixin qeyri-adi, yazılmamış qanunauyğunluqları var. Bəzən yaşanan uzun bir dövr heç nə ilə yadda qalmır, yalnız rəqəmlərin mövcudluğunu daşıyır. Lakin elə günlər olur ki, zamana diktə etməyə qadir olur. O yerin, o məkanın tərcümeyi-halına şərəf, ucalıq, ləyaqət timsalı kimi daxil olur. İnsanların yaddaşına əbədi həkk olunur.

Bütün bu möhtəşəm tikili və abidələr Qaxın tarixini zənginləşdirir, bu gününü möhtəşəm edir, sabahına Etibarlı təminat yaradır. Ölkə başçısının səfərindən sonra biri-birinin ardınca həyata keçirilən layihələr son illərdə Qaxı demək olar ki, tamamilə dəyişdi. Qax rayon İcra hakimiyyətinin başçısı cənab Musa Şəkiliyevin dediyi kimi, Qaxın yüksəlişini, rayonun gələcək müqəddəratını Prezident İlham Əliyevin qəbul etdiyi sərəncamlar, verdiyi tapşırıqlar müəyyən və təmin etmiş oldu.

Bu müasir rayonun sakinləri hər zaman dövlət başçısının səmimi münasibətini, qayğısını duyur və yüksək qiymətləndirir. Qaxın, yaşayış məntəqələrinin abadlaşdırılması, əhalinin kommunal xidmətlərə olan ehtiyaclarının yüksək səviyyədə ödənilməsi, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, memarlıq abidələrinin bərpası və yenidən qurulması, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin yaradılması, sakinlərin məşğulluğunun təmin edilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi və digər sahələrdə mühüm tədbirlər həyata keçirilib.

Qax möhtəşəm quruculuğu və inkişafı ilə dünya səviyyəli şəhərə çevrildiyini isbat edə bilib - ÖZƏL

Qax sürətlə abadlaşır, yeni simasına qovuşur. Bütün bunlar dövlət başçısının Qaxa olan tükənməz qayğısının nəticəsidir.

Qeyd edək ki, Qax rayonundakı mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait yerli sahibkarlar tərəfindən rayon iqtisadiyyatına yatırılan sərmayənin çoxalmasına, xarici sərmayəçilərin isə Qaxa marağının artmasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin diqqət və qayğısı, tövsiyələri sayəsində Qax vaxtilə malik olduğu şöhrətini qaytarıb. Qax bu gün Azərbaycanın ən gözəl ünvanlarından biri olmaqla qloballaşan dünyamıza inamla qovuşan şəhər görkəmi alıb.

Qax möhtəşəm quruculuğu və inkişafı, elmi-potensialı, iştirak etdiyi çox möhtəbər yarışlarda qazandığı qələbələri, ev sahibliyi etdi mühüm beynəlxalq tədbirləri ilə dünya səviyyəli şəhərə çevrildiyini isbat edə bilib.


Qax möhtəşəm quruculuğu və inkişafı ilə dünya səviyyəli şəhərə çevrildiyini isbat edə bilib - ÖZƏLQax möhtəşəm quruculuğu və inkişafı ilə dünya səviyyəli şəhərə çevrildiyini isbat edə bilib - ÖZƏL

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovdur.

Son dövrlər Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov haqqında son dönəmlər mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil. Bunu təsdiq edən yüzlərlə fakt və dəlil ortaya qoymaq mümkündür. Çünki Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovun gərgin əməyi, cəhdləri və atdığı addımların sayəsində rayon camaatının məmnuniyyəti yerinə gəlib. İllərdən bəri yaranmış problemləri aradan qaldırmaq heç də asan məsələ deyil. Amma Soltan müəllim onları qısa müddətdə yoluna qoyaraq, hər şeyi qaydasına salmağı bacaran İdarə rəisidir.

Bir balaca ağıl sahibi olan adam bu qədər dayaz düşüncə məhsulunu ortaya qoymaz.

Bir də qeyd etməyi vacib sayıram ki, cızmaqaraçılar nə vaxtdan Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovun təəssübünü çəkən olublar? Öz valideyinlərində gördüklərini başqalarının ünvanına yaxmağa kim onlara ixtiyar verib?

Bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.

Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Ona etibar edilən bütün postlarda Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov özünü doğruldub. Bizdə hörmətli Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bütün virtual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq.

Qanuninfo.az-dan istinadla xəbər götürmək mədəniyyətdir

Oxşar xəbərlər