Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏL

Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏL Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Şahmar İbadov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da yüksək templə davam edir. Ümumiyyətlə, 170 mindən çox əhalisi olan bu rayonun inkişafından danışarkən ilk növbədə qeyd etməliyik ki, bu yuksəlişə və qazanılan hər bir nailiyyətə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. 2005-ci ildən Nərimanov rayonuna rəhbərlik edən Abdin Fərzəliyev xalqa yaxınlığı ilə fərqlənən, sakinlərin qayğı və problemləri ilə maraqlanan və onlara daim dəstək olan icra başçısı kimi özünü həmişə doğruldub. Onun uğurlu fəaliyyəti sayəsində rayonda son vaxtlar tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb.

Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏL








Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Qanuninfo.az xəbər saytına bildirib ki, son illər rayonda mühüm infrasturktur obyektlərinin inşası vaxtında və uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, piyada keçidləri, parklar, yeni inzibati binalar istifadəyə verilib.

Şahmar İbadov bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildən bugünədək dəfələrlə Nərimanov rayonunda olub, müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə maraqlanıb. Biz rayonda olarkən məlumat əldə etdik ki, rayon rəhbəri Abdin Fərzəliyev və onun birinci müavini Şahmar İbadov tərəfindən yerlərdə tez-tez səyyar qəbul və görüşlər keçirilir, insanların küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlər, təhsil, səhiyyə müəssisələrinin təmiri və tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosialyönümlü məsələlərlə bağlı müraciətlərinə baxılır, problemləri həll edilir. Abdin Fərzəliyev uzun illərdir ki, rayonda yığılıb qalan problemlərin həllinə nail olub. O, qəbuluna gələn bütün insanlarla səmimi görüşlər keçirir, onların şəxsi problemlərinin həllinə köməklik göstərir, eyni zamanda rayonun inkişafı üçün böyük işlər görür.

Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏL







Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edən, daim dövlətçiliyə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olan və dövlət başçısının etimadını qazanan, sadə insanların yanında olmağı bacaran nümunəvi rəhbərdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirən Abdin Fərzəliyev isə dövlət idarəetməsi sahəsi ilə yanaşı, ictimai-siyasi fəaliyyətində də uğurlar əldə edib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Abdin Fərzəliyev YAP Siyasi Şurasının, eləcə də Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov vətəndaşlar tərəfindən hər gün icra hakimiyyətinə edilən müraciətləri təhlil edir və icrasına ciddi nəzarət edir. Bu müraciətlər torpaq sahəsinin ayrılması, ev və ya sığınacaqla təminolunma, dövlət əhəmiyyətli binaların tikintisi ilə əlaqədar vətəndaşların başqa mənzillərə köçürülməsi, məhəllələrin abadlaşdırılması, iş yerləri ilə təminolunma, ad və ya soyadların dəyişdirilməsi və kommunal problemlər və digər məsələlərlə bağlı olur. Şahmar İbadov hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşaraq onun həllinə nail olur. Buna görə də yerli sakinlər daim rayon rəhbərliyindən razılıq edirlər. Şahmar İbadovun idarəetmə sahəsindəki bacarığı, uzun illər bu sahədə fəaliyyəti diqqət mərkəzində olub.

Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏL



Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Şahmar İbadov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir

Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda RİH-nin məsul şəxsləri, Nərimanov bələdiyyəsinin sədri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirdi.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏLŞahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏL

Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏL
Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏLŞahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏLŞahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏL

Oxşar xəbərlər