“Barselona”nın çalışdırıcısı məğlubiyyəti şərh etdi

“Barselona”nın çalışdırıcısı məğlubiyyəti şərh etdi “Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinal oyununda “Liverpul” tərəfindən darmadağın edilərək, turnirdən ayrılmalarına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə Vesti.ru məlumat yayıb.

Katalon klubunun çalışdırıcısının sözlərinə görə, “Liverpul” bu qələbəyə layiq olub. Valverde bildirib ki, futbolçuları inanılmaz künc zərbəsindən sonra vurulan həlledici qola hazır olmayıblar.

“Liverpul”a məğlub olmağımıza görə məsuliyyəti öz üzərimə götürürəm. Bu, biz və bizim azarkeşlər üçün dəhşətli bir nəticədir. Onların qarşısında üzr istəyirəm”, – deyə Valverde bildirib.(oxu.az)

Oxşar xəbərlər