Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 1-də 74,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,58 dollar/barel azdır.
Bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,62 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,92 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.

Oxşar xəbərlər