
“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, hesabatda ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin şəhəri terrorçulardan azad etmək adı ilə keçirdiyi əməliyyatlarda 1600 silahsız vətəndaşı öldürdüyü vurğulanıb.
Koalisiya qüvvələri isə bunun sadəcə 159-nu qəbul edib.
Hesabatda qeyd edilib ki, aparılan müşahidələr nəticəsində şəhərdə 11 mindən çox ev və binanın tamamilə dağıdıldığı da məlum olub.