
Suriyanın şərqində, İran sərhədi yaxınlığında baş verən hücum nəticəsində rejim ordusunun 38 əskəri öldürülüb.
“SANA” xəbər agentliyi isə koalisiya qırıcılarının dünən gecə saatlarında Deyr-əz-Zordakı hədəfləri vurduğunu iddia edib. Vilayətin enerji mənbələri ilə zəngin şimal hissəsi ABŞ-ın dəstəklədiyi əməliyyat nəticəsində sentyabr ayında PKK qruplaşmasının nəzarəti altına keçib.