Yanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLAR

Yanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLAR Xəbər verdiyimiz kimi, Bakının Babək prospektində yerləşən, 22-yə yaxın ailənin məskunlaşdığı yataqxana binasında yanğın baş verib. Yanğının ilkin səbəbi kimi elektrik xətlərində qısaqapanmanın olduğu bildirilir.

Sakinlər musavat.com-a bildiriblər ki, binada elektrik xətləri həddən artıq yüklənir, yararsız vəziyyətdədir, tez-tez qısaqapanmalar olurdu və elektrik cihazları sıradan çıxırdı.

Yanğınsöndürənlər alovun böyüməsinin qarşısını alıblar və hazırda yanğın söndürülüb. Lakin sakinlər əşyalarının və qaldıqları otaqların yararsız hala düşməsindən narazıdırlar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Binada əsasən Füzuli və Ağdam rayonlarından olan məcburi köçkünlər məskunlaşıb.

Məcburi köçkünlər birmənalı olaraq, köçürülmələrini tələb edirlər.Yanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLARYanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLARYanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLARYanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLARYanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLARYanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLARYanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLARYanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLARYanan yataqxanada məskunlaşan məcburi köçkünlər köçürülmələrini tələb edirlər – FOTOLAR

Oxşar xəbərlər