Aparıcı Hacı Nuran Hüseynovun Azərbaycanın 10 milyonuncu vətəndaşı ilə çəkildiyi deyilən şəkli müzakirələrə səbəb olub. Fotodakı körpənin həmin qız uşağı olmadığı ortaya çıxıb.Minval.info xəbər verir ki, məsələ ilə bağlı axşam.az-a danışan Hacı Nuran bunları deyib:
“Yazmamışam ki, uşaq həmin uşaqdır. Bir günlük uşaq necə o boyda ola bilər? Sevinə-sevinə paylaşırdım. Əvvəlcədən məndən soruşmadılar ki, şəkil çəkdirdiyin həmin qızdır? Yazdılar, sonra da dedilər ki, camaatı aldatmısan”.