Hacı Beyləqanski saxlanılıb — “Ded Xasan”ın dostunu öldürməkdə təqsirli bilinir + VİDEO

Hacı Beyləqanski saxlanılıb — “Ded Xasan”ın dostunu öldürməkdə təqsirli bilinir + VİDEO Moskvada 2012-ci ildə kriminal avtoritet Ded Xasanın (Aslan Usoyan) və yaxın tərəfdarlarından biri İlqar Əliyevi öldürən qatil saxlanılıb.
“İnterfaks xəbər verir ki, killer əslən Bakıdan olan 35 yaşlı Hacı Beyləqanski ləqəbli Talıbxanlı Hacıbaba Tahir oğludur.

O, mayın 31-də Rusiyanın Daxili İşlər Nazirliyi və Federal Xidmətlər Bürosu tərəfindən Moskva şəhərindəki ''Belıy dom'' restoranında saxlanılıb.

Hacı Beyləqanskinin hansı şəraitdə və səbəbdən tutulması məlum olmasa da, üz nahiyəsində xəsarət və ağzı qan içərisində olub.

Qeyd edək ki, Beyləqanski kriminal avtoritet İlham Əliyevin güllələnməsində şübhəli bilinir.
Bundan əvvəl onun kriminal avtoritet Ded Xasanı qətlə yetirməkdə də şübhəli bilindiyi ilə bağlı xəbərlər yayılıb.

Hacı Beylaqanski Rövşən Lənkəranskinin ən yaxın dostarından biri olub.


Oxşar xəbərlər