Salyanda dəhşət — Uşaq dayısının “KamAZ”ının altında qalaraq can verdi

Salyanda dəhşət — Uşaq dayısının “KamAZ”ının altında qalaraq can verdi Ötən gün axşam saatlarında Salyan rayonunun Xıdırlı kəndində 10 yaşlı uşağın ölümü ilə nəticələnənən bədbəxt hadisə büş verib.
Virtualaz.org xəbər verir ki, kənd sakini, 2008-ci ildə anadan olmuş Nuran Məhəmməd oğlu Məlikov dayısı Şahin Əsəd oğlu Əsədovun idarə etdiyi 10 SF 983 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maışını hərəkətdə olarkən altında qalaraq aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
10 yaşlı uşaq onlara qonaq gəlmiş “KamAZ” sürücüsü olan dayısı geri dönərkən veliosipedinə minərək özlüyündə yük maşını ilə “ötüşmək” qərarına gəlib. Amma “KamAZ” torpaq yolda aşağı sürətlə hərəkətdə olarkən uşaq veliosipedini saxlaya bilmədiyindən arxa və ön təkərlərin arasında qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər