Ukraynalı prezidentliyə namizəd əhalini müharibəyə hazırlaşmağa çağırdı

Ukraynalı prezidentliyə namizəd əhalini müharibəyə hazırlaşmağa çağırdı Ukraynada prezidentliyə namizəd Sergey Krivonos mülki əhalini Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Krivonosun sözlərinə görə, düşmənlərə qarşı var-qüvvə ilə və bütün vasitələrlə mübarizə aparmaq üçün sistem lazımdır. Məhz müharibəyə hazırlıq da onun seçkiqabağı proqramının əsas bəndlərindən biridir. Krivonos deyib ki, Ukrayna hökuməti vətəndaşları özü öyrətməlidir: “Xalqımız silahlanmalıdır. Kəskin silahlarla… Bu, mənim proqramımda əsas bəndlərdən və başlıca vəzifələrdən biridir”.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Oxşar xəbərlər