Arif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olur

Arif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olur Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 250 №-li tam orta məktəbdə B.Nuriyev küçəsi 37, 55, 49 və Q.Qarayev prospekti 57, 59 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Qəbulda sakinlər binaların zirzəmilərdən suyun çəkilməsi, həyətlərin abadlaşdırılması, söhbətgahların qış mövsümünə uyğunlaşdırılması, mənzil növbəsinə qəbul və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər rayon rəhbəri tərəfindən dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Arif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olurArif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olur

Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Arif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olur


"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Bu gün başlıca vəzifələrdən biri müvafiq dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və şəhərətrafı qəsəbələrin və kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu gün sürətli sosial-iqtisadi inkişafı ilə bütün dünyanı heyran qoyan, Azərbaycanın yüksəlişində son illər, sözün həqiqi mənasında, bir uğur simvoluna çevrilmiş Bakı şəhəri Nizami rayonunun da sanballı payı var. Nizami rayonu paytaxtın ən kiçik rayonu olmasına baxmayaraq, burada əhalinin sıxlığı kifayət qədər yüksəkdir. Bunun səbəblərindən biri də burada vətəndaşların işlə təmin olunması istiqamətində RİH-in apardığı məqsədyönlü siyasətdir. Tapşırılan vəzifəyə məsuliyyətli münasibəti ilə seçilən, fəal vətəndaş mövqeyindən doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəyinin odunu əsirgəməyən, bütün yaradıcılıq enerjisini abadlığa, quruculuğa, əhalinin həyat tərzini hər vasitə ilə yaxşılaşdırmağa, sosial problemlərin uğurlu həllinə sərf edən Arif Qasımovun fədakarlığı sayəsində Nizami Rayonu müsbət mənada tanınmaz görkəm alıb.

Dövlətin davamlı və yetərli qayğısı sayəsində bu bərəkət diyarının barı, bəhəri aşıb-daşır. Əhalinin dolanışığı müqayisəedilməz dərəcədə yaxşılaşıb. Rayon mərkəzinin siması sürətlə dəyişib, gözəlləşib. Sosial qayğıların uğurlu həlli adamları daha nikbin edib, onların işıqlı sabahlara olan ümidlərini qat-qat artırıb. Elektrik enerjisi, təbii qaz, içməli su ilə bağlı məişət çətinlikləri indi yaddaşların acı xatirəsinə çevrilib.

Arif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olur


Həmsöhbətim Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qazanılan uğurlarda dövlət qayğısının əsas şərt olduğunu dönə-dönə vurğuladı:
- Bu gün hər kəsə məlumdur ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Bu prioritet istiqamət, təbii ki, hər bir dövlət məmurunun fəaliyyətini istiqamətləndirir. Əhalinin daha yaxşı yaşaması, faydalı məşğulluğunun təmin edilməsi üçün dövlətin nələr etdiyini, necə möhtəşəm infrastruktur layihələri həyata keçirdiyini Nizami rayonunun timsalında açıq-aydın şəkildə görmək mümkündür. Dövlətin xalq üçün çalışdığını, xalqa xidmət etdiyini Nizami Rayonunda hər kəs yaxşı bilir və minnətdarlıqla qiymətləndirir. Rayonda formalaşmış sağlam mənəvi-psixoloji mühit xalq, dövlət birliyini sarsılmaz edir, fəal vətəndaş cəmiyyətini şərtləndirir. Dövlətin təşəbbüsü və qayğısı ilə yeni məktəblər, xəstəxanalar, digər sosial obyektlər tikilirsə, içməli su xətləri çəkilirsə, yaşayış məntəqələri qazlaşdırılırsa, yeni rahat asfalt yollar salınırsa, digər zəruri tədbirlər görülürsə, kəndlər, şəhərlər abadlaşdırılırsa, əlbəttə, bütün bunlar əhalinin firavan yaşaması üçün edilir. Bu yöndə Nizami Rayonunda dövlət qayğısından minnətdarlıqla söhbət açılası, dönə-dönə vurğulanası layihələr saysız-hesabsızdır.

Arif Qasımov qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olur

Oxşar xəbərlər