Əhalinin nəzərinə — Bakıda Novruz yarmarkaları fəaliyyətə başlayır

Əhalinin nəzərinə — Bakıda Novruz yarmarkaları fəaliyyətə başlayır Bayramla əlaqədar mart ayının 2-dən etibarən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyə başlayacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeylu ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılmışdır. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qururmlar tərəfindən nəzarət ediləcəkdir.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılmış vəburada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunmuşdur.
Yarmarkalar martın 25-nə kimi davam edəcəkdir.
Bakı şəhərinin rayonlarında Novruz bayramı münasibəti ilə təşkil edilən bayram yarmarkalarının ünvanları belədir:

1. Binəqədi 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi
2. Qaradağ Lökbatan qəsəbəsi, 28 May küçəsi
3. Xətai Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)
4. Xəzər Mərdəkanqəsəbəsi S. Yeseninküçəsi - 106 ( köhnə avtovağzal ərazisi )
5. Pirallahı Pirallahıqəsəbəsi, K. Rzayevküçəsi 14 nömrəli evin qarşısındaki qeyri-yaşayış obyekti
6. Nərimanov Gənclik metrosunun çıxışı, Fətali Xan Xoyski prospekti 79 saylı binanın qarşısı
7. Nəsimi Mərdanov qardaşları küçəsi 59
8. Nizami Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz)
9. Sabunçu Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı
10. Səbail Nizamiküçəsi (Land Mark-ın yaxınlığında)
11. Suraxını Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, “Günəş” ticarət mərkəzi
12. Yasamal H.Cavid prospekti (H.Cavid parkınin ərazisində )

Oxşar xəbərlər