
“Qafqazinfo” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Avixay Mandelblit məlumat verib. Dinləmələr 9 aprel növbədənkənar parlament seçkilərindən sonra aparılacaq. Prokuror Netanyahuya dələduzluq, korrupsiya və etibardan sui-istifadə üzrə rəsmi ittihamlar irəli sürməyi qərara alıb.
Netanyahu özü isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Baş nazir başladılan tədqiqatları onu postundan məhrum etmək üçün hazırlanmış “cadugər ovu” adlandırıb:
“Əminəm ki, bu “karton evi” dağıdacağam. Ancaq bu təzyiqlər seçkilərə təsir edə bilər”.