Əkizlərin mağazası bağlanır

Əkizlərin mağazası bağlanır Azərbaycanın tanınmış əkizləri Sevil və Sevinc Səfərovanın ayaqqabı mağazası bağlanır. “Qafqazinfo” xəbər verir ki, bu barədə müğənnilər instaqram səhifələrinə məlumat veriblər.

Onlar sosial şəbəkədə açıqlama yayaraq məkanda olan məhsulların ucuz qiymətə satışa çıxarıldığını qeyd ediblər.

Xatırladaq ki, məşhur bacılar iki ildir ki, bu biznesdə məşğul olurlar.

Oxşar xəbərlər