Tramp geri addım atdı — ABŞ və Çin arasında yeni RAZILAŞMA

Tramp geri addım atdı — ABŞ və Çin arasında yeni RAZILAŞMA ABŞ və Çin arasında “G 20” zirvə görüşündə razılıq əldə edilib.
ABŞ Çindən idxal edilən məhsullara tətbiq edilən əlavə gömrük vergisini gələn ilin əvvəlindən 90 gün müddətində artırmayacaq.
ABŞ prezidenti Donald Tramp və Çinin dövlət başçısı Si Tsinpin zirvə görüşündən sonra şam yeməyi yeyiblər. Yemək vaxtı müvəqqəti olaraq yeni gömrük vergilərinin tətbiq edilməməsi məsələsində razılıq əldə edilib. Hər iki tərəfdən verilən açıqlamada liderlərin görüşünün uğurlu alındığı qeyd edilib.
Liderlərin görüşündən sonra Ağ Evdən verilən açıqlamaya əsasən, Çindən idxal edilən 200 milyard dollarlıq məhsula tətbiq edilən 10 faizlik əlavə gömrük vergisi gələn ilin əvvəlindən etibarən 90 gün müddətində artırılmayacaq. Əgər 90 gün ərzində razılaşma əldə edilməsə, tətbiq edilən gömrük vergiləri planlaşdırıldığı kimi artırılacaq.

Oxşar xəbərlər