Bu ölkə 81 nəfəri edam etmək üçün cəllad axtarır: nazirlik elan verdi…

Bu ölkə 81 nəfəri edam etmək üçün cəllad axtarır: nazirlik elan verdi… Afrika ölkəsi Zimbabve 81 nəfərin edamı üçün cəllad axtarır.

Ölkədə sonuncu cəllad 2006-cı ildə təqaüdə çıxıb. Rəsmi cəllad olmadığı üçün həmin şəxslərin edamı 2005-ci ildən bəri təxirə salınır.

Ədliyyə nazirliyi tərəfindən elan edilən vakansiyaya 50 nəfər müraciət etsə də, həmin şəxslər bu vəzifəyə uyğun hesab edilməyib.

Zimbabvedə edam əsasən asılaraq həyata keçirilir. Yaşı 21-dən az və 70-dən çox olanların edam edilməsi qadağandır.

Bildirilir ki, əhalinin 80%-i edamın ləğvinin tərəfdarıdır. (qaynarinfo.az)

Oxşar xəbərlər