Banklar bayramda gücləndirilmiş rejimdə işləyəcək

Banklar bayramda gücləndirilmiş rejimdə işləyəcək Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palataya xəbər verir ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 23 bankın 76 struktur bölməsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 4 bankın 2 filialı və 2 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər: əlaqələndirici şəxs - Azər Quluyev (e-mail: [email protected]; tel.: (+994 51) 444 25 32).

Oxşar xəbərlər