Pənah Hüseyn və Akif Nağı cəbhə xəttini keçdilər – Ara qarışdı…

Pənah Hüseyn və Akif Nağı cəbhə xəttini keçdilər – Ara qarışdı… Qarabağ döyüşçüsü, hüquqşünas Camal Əhmədovun “Yurduma qayıdıram” təşəbbüsünün həyata keçirilməsi baş tutmayıb.

QAT mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə bu gün “Yurduma qayıdıram” təşəbbüsünə qoşulan bir qrup insan, o cümlədən Pənah Hüseyn, Akif Nağı, Camal Əhmədov, Şaiq Süleymanov, Şirxan Əliyev və digərləri cəbhənin Ağdam istiqamətində cəbhə xəttini keçərək işğal olunmuş ərazilərə daxil olmağa cəhd göstərib.

Toplanış üçün müəyyən edilmiş Təzəkənd, Təkçinar ərazisinə Pənah Hüseyn, Akif Nağı, Şaiq Süleymanov, Şirxan Əliyev çata biliblər, yerdə qalan insanlara həmin əraziyə yaxınlaşmağa imkan verilməyib.

Təşəbbüsə dəstək verənlər Tərtər, Ağdam, Bərdə polis idarələrinə aparılıb, onlardan yazılı izahat alınıb və bir neçə saatdan sonra sərbəst buraxılıblar.

QAT sədri, Qarabağ Komitəsinin üzvü Akif Nağı bildirib ki, təşəbbüs işğal olunmuş ərazilərin azad edilməsi, yurda qayıdış ideyasının təbliği baxımından əhəmiyyətlidir və bundan sonra da bu cür təşəbbüslər davam etdiriləcək.Pənah Hüseyn və Akif Nağı cəbhə xəttini keçdilər – Ara qarışdı…

Oxşar xəbərlər