Toğrul Əliəhmədli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir - ÖZƏL

Toğrul Əliəhmədli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir - ÖZƏL Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəki Rayon icra hakimiyyətinin Hüquq şöbəsi Məsləhətçi Toğrul Əliəhmədlidir.

Toğrul Əliəhmədli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Şəki Rayon icra hakimiyyətinin Hüquq şöbəsi Məsləhətçi Toğrul Əliəhmədli - Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir

Sovet rejiminin inkişafda olan dövrü, mürəkkəb keçid prosesləri, Azərbaycanın dövlət müstəqilliyi mərhələsi kimi səciyyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yol, sərt və mürəkkəb məqamlarda onun tutduğu obyektiv və qəti mövqe, atdığı düşünülmüş addımlar, əldə etdiyi ciddi və mühüm nəticələr, əslində, çox mənalı və ibrətamiz məktəbdir.

Bu təlim beynəlxalq siyasi aləmdə və Azərbaycanda özünəməxsus xüsusi yeri və əhəmiyyəti olan, tarixə düşən, hər yeni tarixi mərhələ üçün aktuallıq və müasirlik kəsb edən həmişəyaşarlıq qazanmış Heydər Əliyev siyasi məktəbi kimi özünü təsdiq etmişdir. Eyni zamanda, Heydər Əliyevin qiymətli siyasi irsi: məruzələri, nitqləri, çıxışları, imzaladığı tarixi qərarlar və sərəncamlar, hətta verdiyi tapşırıq və tövsiyələr küll halında həmin böyük siyasət məktəbinin möhtəşəm və mötəbər dərslikləridir. Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin simasında böyük, əbədiyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə vahid məcrada birləşir.

Heydər Əliyev siyasi kursu - bu böyük dühanın parlaq adını və çoxcəhətli fəaliyyətini, geniş dünyagörüşünü və mənalı irsini əhatə edən zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir.

Heydər Əliyev siyasi kursu - qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş düşünülmüş yetkin dövlətçilik təlimidir.

Heydər Əliyev siyasi kursu - milli dövlətçilik təliminin strategiyasından və xalqın inkişaf dialektikasının taktikasından ibarətdir. Haqlı olaraq deyildiyi kimi, O, böyük siyasətin uzaqvuran topu, ağır artilleriyası idi.

Heydər Əliyev siyasi kursu - xalqı birləşdirən, əlaqələndirən, səfərbər edən və daha böyük gələcəyə aparan gerçəkçi siyasətin ifadəsidir.

Heydər Əliyev siyasi kursu - müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunun inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün sınaqlardan çıxmış modeldir.

Nəhayət, Heydər Əliyev siyasi kursu - cəmiyyət həyatının, ümummilli inkişafın əbədiyyət ünvanlı lokomotividir.

Böyük sınaqlardan çıxmış Heydər Əliyev siyasi kursunun nüvəsini, cövhərini milli dövlətçilik təlimi təşkil edir. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında Azərbaycançılıq məfkurəsi dayanır. Azərbaycançılıq - ümumtürk köklərinə bağlı olan milli məfkurədir. Heydər Əliyevə görə Azərbaycançılıq - müstəqil dövlətin daxilində ümumxalq həmrəyliyini təmin edən vahid Vətən idealının təcəssümüdür. Bütövlükdə, Azərbaycançılıq - müstəqil bir dövlətin qurulub möhkəmləndirilməsi və inkişaf etdirilməsi fəlsəfəsini əks etdirir. Bu mənada Azərbaycançılıq Heydər Əliyev siyasi kursunun tac damarıdır, ana xəttidir.

Heydər Əliyevin Sovet hakimiyyəti illərində həm milli şüurun, həm də milli kadrların formalaşdırılması istiqamətində apardığı ardıcıl çoxcəhətli işlər, həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti xalqımızın gələcək müstəqilliyə hazırlanmasına xidmət etmişdir. Dövlət xadimi kimi Heydər Əliyevin adı ilə bağlı olan epoxada formalaşmış vətənpərvər nəsil, milli ziyalılar Azərbaycanda müstəqil dövlətçilik uğrunda mübarizədə həlledici rol oynamışlar.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci mərhələsi yenicə qazanılmış, sadəcə, elan olunmuş dövlət müstəqilliyini itirilmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi, iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrilmişdir. Qondarma Talış-Muğan Respublikasının ləğv edilməsi, Vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması, Heydər Əliyevin müstəqilliyin gerçək mənada möhkəmləndirilməsi yollarındakı danılmaz böyük xidmətidir.

Ermənistan— Azərbaycan münaqişəsini dayandırması, atəşkəs sazişinə nail olması, qısa müddətdə mütəşəkkil, nizamlı ordunun yaradılması görkəmli dövlət xadiminin müstəqillik uğrunda mübarizəsində mühüm tarixi hadisə sayılmağa layiqdir. Ölkədə müstəqilliyin daha da möhkəmləndirilməsinə hesablanmış geniş miqyaslı islahatların gerçəkləşdirilməsi, elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın sürətlə inkişaf etdirilməsi sayəsində milli düşüncənin dərinləşdirilməsi nəticə etibarilə müstəqillik təfəkkürünün yetkinləşməsinə, dönməz xarakter almasına özünün sanballı töhfəsini vermişdir.

Azərbaycan xalqı özünün böyük oğlu və qüdrətli dövlət rəhbəri Heydər Əliyevin yerini və xidmətlərini dərindən bilir və onunla haqlı olaraq fəxr edir. Xalqımız Heydər Əliyevi həmişəlik ümummilli lider olaraq qəbul etmişdir. Heydər Əliyev Azərbaycan xalqının əbədi iftixar mənbəyidir.

Müasir dünyada ölkəmiz Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının işığında və Prezident İlham Əliyevin böyük dövlət quruculuğu əzminin, yaradıcı təfəkkürünün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir dövlət kimi qəbul olunur. Davamlı və yaradıcı inkişaf prosesi Azərbaycanın yeni hədəfləri dəf etməsini təmin edir və daha böyük inkişafa yol açır.

Bütün bunlara görə müstəqil Azərbaycan Respublikası müasir tarixi epoxada dünya xəritəsində yer almış yeni dövlətlər üçün sülhün və sabitliyin, yeniləşmənin və inkişafın canlı bir nümunəsidir.

Oxşar xəbərlər