Pərviz Feyzullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Pərviz Feyzullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şamaxı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Pərviz Feyzullayevdir.

Pərviz Feyzullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Pərviz Feyzullayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Pərviz Feyzullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Pərviz Feyzullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Pərviz Feyzullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Pərviz Feyzullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Pərviz Feyzullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Pərviz Feyzullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şamaxı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Pərviz Feyzullayev özünü doğruldub. Bizdə hörmətli Şamaxı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Pərviz Feyzullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər