İrəvan Təbrizdə baş konsulluğunu açır

İrəvan Təbrizdə baş konsulluğunu açır Ermənistan Xarici İşlər Nazirliyi Təbrizdə baş konsulluq açacaq.

Bu barədə hökumətin cümə axşamı keçirilən iclasında qərar qəbul edilib.

Ermənistan eyni zamanda açıqlacaq baş konsulluğun xərclər smetasını da təsdiq edib.

Təbrizdəki baş konsulun aylıq maaşı 2565 dollar həcmində təsdiq edilib.

Qeyd edək ki, 2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdollahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb və onun 2024-cü ilin əvvəlində açılacağına ümid etdiyini bildirib.

Oxşar xəbərlər