
O, "BBC News Azərbaycan”a açıqlamasında narahatlığa əsas olmadığını deyib.
"Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb”,- deyə Əli Həsənov vurğulayıb.