
Bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, parlament sədri Yuli Edelstein layihəni İsrail millət vəkillərinin rədd edəcəyi ehtimalına görə gündəmdən çıxarıb.
Qeyd edək ki, İsrail parlamentinin deputatları Qüds gərginliyinə görə Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda qondarma erməni soyqırımının tanınması məsələsini müzakirəyə çıxarmağı qərara almışdılar.