Gənc xanım icra başçısının müavini oldu - 30 yaşı var

Gənc xanım icra başçısının müavini oldu - 30 yaşı var Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub.

Oxu.Az xəbər verir ki, həmin vəzifəyə 30 yaşlı Anara Kamil qızı Hacıbəyli təyin edilib.

A.Hacıbəyli İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Anara Hacıbəyli ailəlidir və iki övladı var.

Oxşar xəbərlər