
Modern.az xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə günü çərşənbə gününə, "28 May - Respublika günü isə bazar ertəsinə təsadüf edir. Bu səbəbdən də beşgünlük iş həftəsində çalışanlar üçün ardıcıl olaraq üç gün istirahət günü olacaq.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş "2018-ci ilin istehsalat təqvimi"nə əsasən, 2018-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması 167 saat, 2018-ci il üçün illik iş vaxtı norması isə 1 919 saatdır.