
Nazir görüş haqda "NBC News”a müsahibəsində danışıb. O, bildirib ki, liderlər G20 Sammiti çərçivəsində daha 3 dəfə qarşılaşa bilərdilər. XİN başçısı: "Şam yeməyi başa çatanda... Görünür, Donald Tramp yoldaşını aparmağa gəlib və prezident Putinlə bir neçə dəqiqə keçirib. Və nə olsun?”- deyib.
Daha sonra nazir əlavə edib ki, iki liderin qısa görüşü mediaya məlum olduğundan daha çox ola bilərdi. Görüş barədə fikrini yekunlaşdıran S.Lavrov "Bəlkə, tualetə bir yerdə gediblər”,-deyərək zarafat edib.
Xatırladaq ki, Donald Tramp prezindet seçildikdən sonra ilk dəfə idi Rusiya lideri ilə görüşürdü. Onlar G20 Sammitinin şam yeməyində bir araya gəlmişdilər.