Bakıda İlham Əliyev və Ərdoğanın iştirakı ilə iclas keçiriləcək
Bu gün Bakıda Türkyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. "Ölkə.Az"ın məlumatına görə, iclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və dövlət rəsmiləri iştirak edəcəklər. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.