
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Saatlı rayon icra başçısının birinci müavini İlham Quliyevdir.
Saatlı rayon icra başçısının birinci müavini İlham Quliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Saatlı rayon icra başçısının birinci müavini İlham Quliyevin adı, Saatlı rayon ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Saatlı rayon icra başçısının birinci müavini İlham Quliyev - Saatlıda əvvəlki dövrlərdə də abadlıq-quruculuq işləri aparılıb. Ancaq quruculuq sahəsində yetərli təcrübəsi olan Siraqəddin Cabbarovun rayona icra hakimiyyəti başçısı təyin edildikdən sonra Prezidentin tapşırığı ilə bu işlər daha da sürətlənib. Abadlıq yürüşü bütün istiqamətlərdə aparılmağa başlanıb. Bir neçə istiqamətdə çox gözəl, müasir infrastruktur layihələrin icrasına start verilib. Ayrı-ayrı təsərrüfat sahələri üzrə zəruri addımlar atılır, əsas problemlər həllini tapır. İndi rayonda abadlıq-quruculuq işlərinin həyata keçirilmədiyi meydan, küçə yoxdur, – desək, mübaliğə etmiş olmarıq.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Saatlı rayon icra başçısının birinci müavini İlham Quliyevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq İlham Quliyevi nüfuzdan salmağa çalışırlar.
P.S. Qanuninfo.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Saatlı rayon icra başçısının birinci müavini İlham Quliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.








