Anar Abbasov: İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin düzgün olduğunun şahidi oluruq, çünki xalqımız sülh və əminamanlıq şəraitində yaşayır

Anar Abbasov: İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin düzgün olduğunun şahidi oluruq, çünki xalqımız sülh və əminamanlıq şəraitində yaşayır Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xocəsən bələdiyyəsinin sədri Anar Abbasovdur.

Xocəsən bələdiyyəsinin sədri Anar Abbasovun adı, Xocəsən ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmurdur.

Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov - Ölkəmiz müstəqilliyin daha bir uğurlu ilini başa vurmaq üzrədir. Bütün sahələrdə uğurlar əldə edilmiş, nailiyyətlər qazanılmışdır, əhalinin yaşayış səviyyəsi artmışdır. Ölkəmizin həm daxili, həm xarici siyasətdə qazandığı bu uğurlar ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və dahiliklə təməlini qoyduğu siyasətin möhtərəm prezidentimiz, xalqın sevimli və əziz oğlu İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Rayonun bütün ərazisində quruculuq və abadlıq işləri aparılır, yollar çəkilir, məktəblər və səhiyyə ocaqları tikilir, həmçinin digər tədbirlər həyata keçirilir. Bir daha möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin düzgün olduğunun şahidi oluruq, çünki xalqımız sülh və əminamanlıq şəraitində yaşayır.

Oxşar xəbərlər