Yola salınan Abid Şərifov kimdir? — DOSYE

Yola salınan Abid Şərifov kimdir? — DOSYE Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
"Ölkə.Az" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Nazirlər Kabinetinə yeni təyinatlar olub.

Bu dəfə isə baş nazirin müavini Abid Şərifov yeni kabinetdə təmsil olunmayıb. Onun yerinə isə Hacıbala Abutalıbov təyin edilib.

Abid Şərifov 1995-ci ildən bu postu tutub.
Şərifov Abid Qoca oğlu 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən 23 saylı tikinti idarəsinin rəisi işləyib.

Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləyib.

1995-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilə qədər Azərbaycan Respublikası Baş nazirinin müavini postunu tutub.

Evlidir, 2 övladı var.

Oxşar xəbərlər