
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
İlham Əliyev Azərbaycan mətbəxindən bütün yeməkləri bəyəndiyini bildirib:
"Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir.
Biz, əlbəttə, bunu qiymətləndiririk və ailə üzvlərinə bu cür qayğısına görə ona çox təşəkkür edirik".