
Mətbuat xidməti ictimaiyyətə açıqlamasında “SLCM Babur”un “bir sualtı dinamik platformadan” atıldığını və hədəfini yüksək dəqiqliklə məhv etməyi bacardığını bəyan edib.
Bundan əvvəl ilk dəfə 2017-ci ilin yanvarında “Babur-3” adlandırılan SLCM sınağı keçirilmişdi. O zaman da raket sualtı mobil platformadan atılmışdı.
Pakistanda yayılan videoda sualtı platformadan atılan raketin dənizdən çıxdıqdan sonra, içərisində olan kapsuldan da çıxaraq hədəfə uçduğu görünür.