Tovuzda xəstəxanaya hücum olub

Tovuzda xəstəxanaya hücum olub Tovuzda dava zamanı bir nəfər boyun nahiyəsinin kəsilmiş yarası xəsarəti alıb.
"Apa" xəbər verir ki, xəsarət alan, rayonun Aşağı Quşçu kəndi sakini, 1990-cı il təvəllüdlü İsmayılov Aydın Hüseyn oğlu bir qrup şəxs tərəfindən xəstəxanaya çatdırılıb. Həmin şəxslər tibb işçilərinə hədə-qorxu gələrək, onlara xəsarət yetirməyə çalışıblar.

Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər