"Möhtəşəm yüz il"in aktyoru həbs edildi

Türkiyədə narkotiklə mübarizə şöbəsinin əməkdaşları əməliyyat keçirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, narkotik maddə satan Sinan B.dən adlı şəxs "Möhtəşəm yüz il" serialının Behram Paşası - Adnan Koçun onlardan mal aldığını bildirib.

Adnan polislər tərəfindən izlənməyə başlanılıb. Bir kafedə oturan Koça polislər yaxınlaşıb. Aktyor, iki qardaşı və dostları polislər tərəfindən şöbəyə aparılıb.

Onun narkotik maddə alveri ilə məşğul olduğu ortaya çıxıb.

Oxşar xəbərlər