
Qaynarinfo xəbər verir ki, Kumık əsilli Murad Acı (Murad İsgəndəroviç Acıyev) türkoloq, coğrafiyaşünas, publisist, yazıçı kimi bütün türk dünyasının nəhəg aydınlarından biri idi. O, 9 dekabr, 1944-cü ildə Moskvada anadan olub. 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya İnstitutunu bitirib.
Murad Acı türklərin tarixindən, məişətindən bəhs edən bir sıra kitabların müəllifidir.