.jpg)
“Ölkə.Az” yerli mediaya istinadən xəbər verir ki, ölkənin qərbindəki Blolequin şəhərində moto-taksi sürücüsü polislərlə mübahisə edib. Nəticədə polislərdən biri ona atəş açıb və sürücü oradaca ölüb.
Bu hadisədən hiddətlənən xalq, sürücünü öldürən polisi linç edərək qətlə yetirib. Yollarda barrikadalar qurulub, avtomobil şinləri yandırılıb. Kütlə daha sonra yerli icra nümayəndəliyinin binasını dağıtmaqla bərabər, bir neçə polis məntəqəsini də yandırıb.
Təhlükəsizlik qüvvələri əhalini güclə sakitləşdirib. Hadisənin şahidləri isə polislərin sürücüdən rüşvət istədiyini, mübahisənin də bundan sonra başladığını bildiriblər.