ABŞ-da iğtişaşlar: Beş polis ölüb – FOTO + VİDEO + YENİLƏNİB

ABŞ-da iğtişaşlar: Beş polis ölüb – FOTO + VİDEO + YENİLƏNİB Qətldə şübhəli bilinən iki nəfər saxlanılıb

Dallasda (Texas ştatı) etiraz aksiyasında atışma zamanı ölən polislərin sayı beşə çatdı.

Lenta.ru xəbər verir ki, bu barədə şəhər Polis assosiasiyasının rəsmi “Twitter” səhifəsində məlumat yayılıb.

10.21

Dallasda dörd polisin qətlində şübhəli bilinən iki nəfər saxlanılıb

BBC xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumatda şübhəlilərdən birinin könüllü təslim olması, digərinin isə atışmadan sonra saxlanıldığı dəqiqləşdirilib.

Onun saxlanıldığı yerin yaxınlığında şübhəli qutu tapılıb. Hazırda qutuda partlayıcı maddənin olub-olmaması müəyyənləşdirilir.

10.11

Dallasda etirazlar zamanı dörd polis ölüb, daha 11 nəfər isə yaralanıb.

RİA Novosti xəbər verir ki, bu barədə polis idarəsi məlumat yayıb.

Luiziana və Minnesotda polislər tərəfindən iki qara dərilinin qətlə yetirilməsindən sonra meyana gələn iğtişaşlar zamanı Diley-Plaza yaxınlığında naməlum şəxs asayiş keşikçilərinə atəş açıb.

“Fox News”un məlumatına görə, zərərçəkən polislərdən üç nəfərinin vəziyyəti ağırdır.

Polis rəisi Devid Braun izah edib ki, snayper iki nəfər olub, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərdən birini “sıxışdıra” biliblər.

O həmçinin qeyd edib ki, şübhəlilər şəhərin mərkəzində bomba partlatmaqla hədələyiblər.

Son məlumata görə, Dallasda dörd polisin qətlində şübhəli bilinənlər saxlanılıb, onlardan biri könüllü şəkildə polis idarəsinə gələrək təslim olub.

Daha öncə şəkili sosial şəbəkələrdə yayılan kişi polisə təslim olub.

Polisdən qeyd ediblər ki, ikinci şübhəli xüsusi təyinatlılar tərəfidən sıxışdırılıb. Atışmadan sonra o da saxlanılıb.


Oxşar xəbərlər