Vidadi Muradov: “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir

Vidadi Muradov: “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, nümunəvi insan. Bu şəxs kimidir? Bu şəxs “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri Vidadi Muradovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Vidadi Muradov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı işi görməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.Vidadi Muradov: “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli 375 saylı qərarı ilə təsdiq edilmişdir.

İlkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ kimi rayonlarda filiallarının yaradılması nəzərdə tutulmuşdur. Hal-hazırda adı çəkilən bu rayonlarda filial binalarının tikintisi işlərinə başlanılmış, yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilmiş, işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 12 oktyabr 2016-cı il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində “Azərxalça” ASC-nin ilk filialının açılışı olmuşdur. Ümumi sahəsi 586,5 kvm olan filial binası 0, 180 ha torpaq sahəsində yerləşir. Burada 150 nəfər toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərir. Toxucular həm Horadiz qəsəbəsinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hal-hazırda işğal altında olan kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak etmiş, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdirmişlər. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və s. kimi bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilmişdir. Emalatxanada 150 nəfər toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyur. Bu çeşnilər qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanmışdır.Vidadi Muradov: “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir

Hal-hazırda Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarının icra hakimiyyətləri tərəfindən Cəmiyyətin filial binaları üçün torpaq sahələri ayrılmışdır. Ağdam rayonunun Quzanlı qəsəbəsində Tərtər-Hindarx avtomobil yolunun 33-cü kilometrliyində, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi yaxınlığında, Qəbələ şəhəri, Elçin Kərimov küçəsi yaxınlığında, Quba şəhəri, 16-cı məhəllə, Fətəli xan küçəsində, Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, Xaçmaz rayonunun Qaradağ-Buduq kəndi ərazisində, Xaçmaz-Bakı avtomobil yolunun 6-cı kilometrliyində, yolun şərq tərəfində, Qazax şəhəri, Nizami küçəsində, İsmayıllı şəhəri, S.Ə.Şirvani ilə Ə.Xaqani küçəsinin kəsişməsi, Şəmkir şəhəri, Bayraq meydanının yaxınlığında, Qazax-Bakı magistralının kənarında filial binalarının tikintisi davam etdirilir.

“Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir. İlkin mərhələdə Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Ağdam (Quzanlı), Tovuz, Qazax və Ağstafa rayonlarında tədris-hazırlıq kursları təşkil olunmuşdur. Bu kurslarda ustad xalçaçılar tərəfindən müxtəlif yaş kateqoriyalarına aid olan qadınlara xalçaçılıq sənəti tədris edilir, onların bacağırı və istedadı təcrübədə sınaqdan keçirilir. İndiyədək Quba rayonundan – 95, Xaçmaz rayonundan – 123, İsmayıllı rayonundan – 100, Qəbələ rayonundan – 72, Şəmkir rayonundan – 51, Ağdam rayonundan – 100, Tovuz rayonundan – 102, Qazax rayonundan – 145, Ağstafa rayonundan – 140 nəfər toxucu tədris-hazırlıq kurslarına cəlb edilmişdir. Bu toxucuların Cəmiyyətin həmin rayonlarda yaradılacaq filiallarında daimi iş yerləri ilə təmin olunması nəzərdə tutulmuşdur.

Cəmiyyətin “Bədii yaradıcılıq və keyfiyyətə nəzarət” şöbəsində Azərbaycanın tarixi xalçaları əsasında elektron çeşnilərin hazırlanması işi davam etdirlir. İndiyədək burada 180 ədəd xalça çeşnisi hazırlanmışdır. Onlardan bir qismi artıq istehsalatda tətbiq olunur.
Vidadi Muradov: “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir
Vidadi Muradov: “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir
Vidadi Muradov: “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir
Vidadi Muradov: “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir

Oxşar xəbərlər