Ramsin Abdullayev rəhbərliyin tapşırıqlarını daim yerinə yetirir

Ramsin Abdullayev rəhbərliyin tapşırıqlarını daim yerinə yetirir Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev rəhbərliyə sədaqət nümunəsidir!

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayevdir.Ramsin Abdullayev rəhbərliyin tapşırıqlarını daim yerinə yetirir

Ramsin Abdullayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev - Nizami rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur. Rayonun ərazisində 3589 min kvadratmetr sahə Nizami rayon mənzil kommunal təsərrüfatı birliyi, 678,1 min kvadratmetr sahə 1 nömrəli xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyi, 373 min kvadratmetr sahə isə 3 nömrəli xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyi tərəfindən təmizlənir. Bundan əlavə, üç yaşayış binasının yerləşdiyi 0,8 min kvadratmetr ərazi “Xəzərdənizgəmiçilik” Qapalı Səhmdar Cəmiyyətinin sosial inkişaf idarəsi mənzil kommunal təsərrüfatının 2 nömrəli mənzil istismar sahəsi, iki binanın yerləşdiyi 0,6 min kvadratmetr ərazi Müdafiə Nazirliyinin mənzil istismar idarəsinin 1 nömrəli evlər idarəsi, 71 yaşayış binasının yerləşdiyi ərazinin 28,4 min kvadratmetr sahəsinə isə mənzil tikinti kooperativləri tərəfindən xidmət göstərilir. Gün ərzində rayon ərazisindəki prospektlər dörd dəfə, yollar üç dəfə, məhəllədaxili küçələr iki dəfə yığışdırılır. Əlavə olaraq şənbə və bazar günləri rayon ərazisində iməciliklər təşkil olunur, yol kənarlarındakı yaşıllıq zolaqları tullantılardan və alaq otlarından təmizlənərək daşınır.
Ramsin Abdullayev rəhbərliyin tapşırıqlarını daim yerinə yetirirRamsin Abdullayev rəhbərliyin tapşırıqlarını daim yerinə yetirir

Oxşar xəbərlər