
“Ölkə.Az” Fonda istinadən xəbər verir ki, bunlar həm daşınar, həm də daşınmaz əmlaklardır.
Belə ki, ləğv prosesində olan “Bank Standard” QSC-nin balansındakı 1 ədəd “Daewoo Nexia”, 6 ədəd “Mitsubishi Lancer”, 6 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon”, 3 ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1 ədəd “Fiat Doblo Cargo” və 1 ədəd “Mersedes-815” markalı yük avtomobilləri, 2 ədəd bankomat və 1 ədəd embosser, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı 1 ədəd “Ford Focus”, 1 ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri, 2 ədəd embosser, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayiş sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi satışa çıxarılır.
Hərrac açıq formada yanvarın 16-da, saat 11:00-da Birjanın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156 (20A). 1933-cü məhəllə ünvanında keçiriləcək.
Maraqlananlar əlavə məlumatı bu link vasitəsilə, eləcə də (012) 566-70-25, 566-79-67 nömrəli telefonlarla əldə edə bilərlər.