"Qarabağ"dan tarixi zəfər! — YENİLƏNİB

Çempionlar Liqasının IV turu çərçivəsində İspaniyanın Madrid şəhərində keçirilən "Atletiko" - "Qarabağ" oyununda hesab bərabərləşib.
Görüş 1-1 hesabı ilə başa çatıb.

***

Rəqibin bərabərlik qolunu 56-cı dəqiqədə Tomas vurub. Matçın 58-ci dəqiqəsində isə "Qarabağ" azlıqda qalıb. Pedro Enrike kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

***

Çempionlar Liqası

IV tur, C qrupu

31 oktyabr

"Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol: Miçel, 40

***

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.

“Ölkə.Az” xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun qonağıdır.

Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmaq niyyətindədir.
Bugünkü görüş İspaniya təmsilçisi üçün həlledici oyunlardan biridir. Çünki xal itkisi madridlilərin qrupdan çıxmaq işini çətinə sala bilər.

“Qarabağ”ın isə 1/8 final şanslarını itirmək təhlükəsi var. Qurban Qurbanovun komandası səfərdə uduzsa və “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, çempionumuz qrupdan çıxmaq şansını itirəcək.

31 oktyabr

Çempionlar Liqası

C qrupu

23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 0:1 (Birinci hissə)
Qol: Miçel, 40
Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu

23:45. "Roma" (İtaliya) - "Çelsi" (İngiltərə) 2:0 (Birinci hissə)
Qollar: El-Şeravi, 1; 37

***

Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək.

Azərbaycan çempionu "Qarabağ" IV turun ilk oyun günündə meydana çıxacaq. Ağdam təmsilçisi səfərdə "Atletiko" ilə görüşəcək. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan "Metroplitano" stadionunda keçiriləcək.

Çempionlar Liqası

IV tur, C qrupu

31 oktyabr

23:45. "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker

Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand

Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)

Madrid. "Metropolitano" stadionu
"Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Parte, 7. Antuan Qrizman, 8. Saul Nigez, 11. Anxel Korrea, 14. Qabi, 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro

Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Avqusto Fernandez, 16. Şimo Vrsaliko, 17. Lusiano Vietto, 19. Lukas Hernandez, 22. Nikolas Qaytan

Baş məşqçi: Dieqo Simeone

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 90. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

Oxşar xəbərlər