Yaponiyada qəribə cinayət — 74 yaşlı nindza-oğru həbs edildi

Yaponiyada qəribə cinayət — 74 yaşlı nindza-oğru həbs edildi Yaponiya polisi qeyri-adi həbsə imza atıb.
"Ölkə.Az" xəbər verir ki, nindza paltarı geyinən və bir çox oğurluqda şübhəli bilinən şəxs həbs edilib.

8 ildir davam edən nindza oğurluqlarının nəticəsində həbs edilən şübhəli şəxsin yaşı da polis üçün sürpriz olub. Həbs edilən oğrunun 74 yaşı var.

250-dən çox cinayətdə şübhəli bilinən şəxs "Heisei Nindzası" ləqəbi ilə tanınır. Təhlükəsizlik kamerasından gizlənmək üçün üzünü bağlayan oğrunun 500 min manatlıq oğurluq işində adı hallanır.
Uzun müddətdir şübhəli şəxsi izləyən polislər onun özü yaşda insanlarla yaşadığını bildirir.

Həbs edilən şəxs deyib: "Artıq 74 yaşım var, cavan olsaydım, məni tuta bilməzdilər. Artıq bu işlərdən çəkilməyin vaxtıdır".

Oxşar xəbərlər