
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, AB şirkətlər qrupu idarə heyətinin sədiri Hacı Qurban Abbasovdur.
AB şirkətlər qrupu idarə heyətinin sədiri Hacı Qurban Abbasovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
AB şirkətlər qrupu idarə heyətinin sədiri Hacı Qurban Abbasov belə xarakterizə olunur
… Yeganə iş adamıdır ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb.
… Yeganə iş adamıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə sadəcə “müəllim” deməsi də burdan qaynaqlanır.
… Yeganə iş adamıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…
-AB şirkətlər qrupu idarə heyətinin sədiri Hacı Qurban Abbasov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.
-AB şirkətlər qrupu idarə heyətinin sədiri Hacı Qurban Abbasov yüksək insanlığı ilə seçilən bir insandır!
Hacı Qurban Abbasovun görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
AB şirkətlər qrupu idarə heyətinin sədiri Hacı Qurban Abbasov - Ulu öndər Heydər Əliyev gözəl insan, öz xalqını sevən dahi rəhbər kimi hər zaman qəlbimizdə yaşayacaqdır
Tarixdə elə insanlar var ki, onlar həyatda olmasalar da onların xatirəsini yad etdikcə insan kamilləşir. Ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyev də belə insanlardandır. Ulu öndər Heydər Əliyev gözəl, xeyirxah, nəcib, vətənpərvər bir insan, öz xalqını sevən, onu hər cür dəyərlərdən üstün tutan dahi rəhbər kimi hər zaman qəlblərimizdə yaşayacaqdır.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.
Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.
P.S. İGİD OĞUL DAYISINA OXŞAYAR - Qurban Abbasovun dayısı Respublika ictimaiyyəti arasında dərin nüfuz qazanmış İbrahim Qurbanov
Respublika ictimaiyyəti arasında dərin nüfuz qazanmış İbrahim Qurbanov 1973–cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, 1977–ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi olmuş, 1980–ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur.

İbrahim Qurbanov Neftçala rayonunda birinci katib kimi təyin olunanda Azərbaycanın Xəzərə söykənmiş bu ucqar qəsəbəsinə heç şəhər də demirdilər. Qısa müddətdə bu yerlər yaraşıqlı, gözəl, romantik mənzərəyə malik olan bir diyara çevrildi. Kürün üstündə Bankə qəsəbəsi ilə Neftçala şəhərini birləşdirən, xalqın “İbrahim körpüsü” adlandırdığı körpünün də müəllifi İbrahim Qurbanovdur.
İ.M.Qurbanov Azərbaycan KP MK–nın üzvü, doqquzuncu, onuncu və on birinci çağırış respublika Ali Sovetinin deputatı kimi fəal ictimai–siyasi iş aparmışdır.
Dəyərli ziyalı, kamil insan, İbrahim Qurbanovun fədakar əməyi, xidmətləri Sosialist Əməyi Qəhrəmanının “Qızıl Ulduz”u, Lenin ordeni, üç Qırmızı Əmək Bayrağı ordeni və medallarla qiymətləndirilmişdir. İbrahim Qurbanov Cəlilabadda Rayon Partiya Komitəsinin katibi işlədiyi illərdə burada abadlıq–quruculuq işləri geniş vüsət almışdı. Əhalinin həyat səviyyəsi yüksək idi. Cəlilabad az müddətdə respublikanın ən böyük üzümçülük rayonuna çevrilmişdi. Üzüm istehsalı 60 min tondan 261 min tona çatmışdı. Mərkəzi mətbuatda, mavi ekranlarda Cəlilabadın qəhrəman üzümçülərinin misilsiz qələbəsinə geniş yer ayrılırdı. “Pravda” qəzetində Cəlilabad üzümçülərinin rekord göstəricilərindən bəhs edən “Temp” sərlövhəli irihəcmli məqalə dərc olunmuşdu.
İbrahim Qurbanov Cəlilabadda birinci katib işlədiyi dövrdə rayonda rəhbər vəzifələrdə çalışanların çoxunun səriştəli kadr kimi yetişməsində böyük zəhmət çəkib. Tələbkarlığı da vardı, qayğıkeşliyi də, sözü ilə əməli düz idi. İnsanlara böyük qayğı ilə yanaşırdı. Xalq şairi Məmməd Araz respublikanın dinamik inkişafında İbrahim Qurbanovun böyük zəhməti olduğunu belə qiymətləndirmişdir: “Azərbaycan xalqı öz tarixi ərzində çox böyük şəxsiyyətlər yetirib. Onların hər birinin öz yeri, özünəməxsus xidmətləri var. İbrahim Qurbanov da ötən əsrin ən parlaq simalarından biri idi. O, üç inkişaf etmiş Azərbaycan şəhərinin abadlaşmasında, yenidən tikilməsində əvəzsiz rol oynayıb…”

Sosialist Əməyi Qəhrəmanı İbrahim Qurbanovu rəhbər vəzifəyə ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev irəli çəkmişdi. İ.Qurbanov dahi insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi, onun xalqımız qarşısındakı xidmətlərini həmişə yüksək qiymətləndirirdi. Çalışırdı ki, bu dahi insanın etimadını ləyaqətlə doğrultsun. Deyirdi ki, Heydər Əliyev bizim fəxrimizdir, onun nuru Türk dünyasını işıqlandırır. Ulu Tanrı onu bu xalqa xilaskar göndərib.