Qurban Qurbanov: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"

Qurban Qurbanov: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Trend-in məlumatna görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında püşkatmanın nəticəsini şərh edərkən deyib.

Qeyd edək ki, Ağdam təmsilçisi Liqanın C qrupunda "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq.

Q.Qurbanov hər üç rəqibin "TOP-5" ölkələrinin təmsilçisi olduğunu bildirib:

"Bu turnir azarkeşlər və bizim üçün bir təcrübə olacaq. Hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Oxşar xəbərlər