
Zədə alan Haiti yığmasının üzvü böyük ehtimalla Premyer Liqanın ilk turunda "Neftçi"yə qarşı oynamayacaq. Onun avqustun 15-də Çempionlar Liqasında "Kopenhagen"ə qarşı forma geyinib-geyinməycəyi hələ bilinmir.
Qeyd edək ki, Donald Gerye bu yay "Alanyaspor"dan "Qarabağ"a keçib. "Transfermarkt"ın 800 min avro qiymət qoyduğu haitili yarımmüdafiəçi Çempionlar Liqasında keçirdiyi 4 oyunda 2 qol vurub.