Azərbaycanda Polis rəisindən nümunəvi addım: Balaca oğrunun xəstə anasının müalicə xərclərini öz üzərinə götürdü

Azərbaycanda Polis rəisindən nümunəvi addım: Balaca oğrunun xəstə anasının müalicə xərclərini öz üzərinə götürdü “Qubanın keçmiş polis rəisi Şəhriyar Şəmşirli polis şöbəsinə qayıdarkən görüb ki, koridorda bir azyaşlı uşağı polis əməkdaşları döyürlər”

Bu haqda jurnalist Murad Əliyev bildirib. O, Abşeron Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli ilə bağlı bir əhvalatdan yazıb.

“Şəhriyar Şəmşirli uşağı otağına çağırır. Sorğu-sualdan sonra məlum olub ki, uşaq aptekdən dərman istəyib və əczaçı ona dərmanı verən kimi pulu verməmiş aradan çıxıb. Bu hal 2-ci dəfə baş verdiyinə görə, aptek sahibi uşağı polisə verib. Polis rəisi isə uşaqdan soruşub ki, niyə oğurluq edirsən, axı yetkinlik yaşına çatmamısan?! Olmaz, cinayətdir!

Uşaq rəisə deyib ki, anam ağır xəstədir, yoxsa oğurluq etməzdim. Rəis dərhal müstəntiqi çağıraraq əmr edib ki, uşağın evinə getsinlər və araşdırsınlar ki, həqiqətənmi uşağın anası xəstədir.

Evə gedən polis əməkdaşı qayıdaraq polis rəisinə bildirirlər ki, həqiqətən aptekdən oğurluq edən uşağın anası ağır xəstədir. Bunu eşidən polis rəisi Şəhriyar Şəmşirli uşağa 200 manat pul verir və hər ay da 200 manatın veriləcəyini bildirir. Bütün dərmanların xərclərini ödəyərək uşağı azad edir. İndiyə qədər də Ş.Şəmşirli həmin ailəyə ayda 200 manat pul ödəyir”.

Oxşar xəbərlər