Sumqayıtda yanğında 15 nəfər xilas edildi - RƏSMİ MƏLUMAT

Sumqayıtda yanğında 15 nəfər xilas edildi - RƏSMİ MƏLUMAT FHN Sumqayıtda yataqxanada baş verən yanğınla əlaqədar məlumat yayıb.

FHN-nin saytı verdiyi xəbərə, məlumatda bildirilir ki, yanğın Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində baş verib.

Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar xəbərlər